Space TV-də Natəvan Həbibi davası: Jurnalistin iradı qalmaqalla bitdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |    

Space TV-də Natəvan Həbibi davası: Jurnalistin iradı qalmaqalla bitdi - VİDEO

Əməkdar artist Çingiz Əhmədovun Space TV-dəaparıcısı olduğu "Yerimdəyəm" verilişində qonaqlar arasında gərginlik yaşanıb.

Jurnalist Zülfiyyə Qurbanova müğənni Əminə Şirin ifasına irad bildirib.

Jurnalist müğənnini Natəvan Həbibini yamsılamaqda, təkrarlamaqda günahlandırıb. Əminə jurnalistin iradını əsəblə qarşılayıb. Tərəflər arasında kiçik mübahisənin ardından ifaçı iraqları qismən qəbul edib, hətta özünü Natəvan Həbibidən üstün ifaçı olduğunu deyib:

"Əvvəla, bu mənim özümdən asılı olan bir şey deyil. Bəlkə də haradasa tembrimiz oxşaya bilər. Natəvanin özü ilə də münasibətimiz çox gözəldir, yaxşı oxuyandır. Amma bu bənzətmə mənim əlimdə olan bir şey deyil. Sadəcə bir fərq var, Nata sırf estrada oxuyur və çox gözəl alınır. Mən isə həm bütün janrlarda oxuya bilirəm. Yenə də deyirəm, tembr haradasa bənzəyə bilər. Həbibi mənim kimi muğam, xalq mahnıları, Qrup dövründə mən birinci tanınsaydım (Qeyd: Natəvan Həbibi və Əminə Şirin "W-Trio"nun eks üzvləridir), o zaman deyəcəkdilər ki, Natəvanın səsi Əminənin səsinə oxşayır".

Tamaşaçılar da müğənnini fonaqram oxumaqda qınayıblar və canlı ifa tələb ediblər.

Jurnalistlə-müğənni arasında yaşanan gərginlik, daha doğrusu mübahisə efirə ixtisarla verilib./baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 409 09.05.18 18:36