Aysel Məmmədova: Qalib olmağa gücüm yox idi » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |    

Aysel Məmmədova: Qalib olmağa gücüm yox idi

“Eurovision 2018” mahnı müsabiqəsində uğursuzluqla qarşılaşan Aysel Məmmədova finala keçə bilməməsi ilə bağlı açıqlama verib.

28 yaşlı ifaçı sosial media hesabından ona dəstək olan hər kəsə təşəkkür edib:

“Xoş sözlərinizə görə çox təşəkkür edirəm. Bu, sizin kimi bizə də böyük sürpriz oldu. Çünki neçə aydır ki, bütün ruhumuzu və gücümüzü bu işə qoymuşduq...

Təəssüflər olsun ki, “Eurovision” alqoritmi haqqında əvvəlcədən nə isə söyləmək çətindir. İlk gündən bizimlə olan, bizi izləyən, bizə dəstək olan və bu layihədə ən kiçik əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Heç nəyə baxmayaraq, müsabiqədən misilsiz təcrübə, böyük emosiya və çox müsbət təəssüratlar topladım.

Çoxlu istedadlı musiqiçilər və yaxşı insanlarla tanış oldum, onlarla maraqlı anlar yaşadım.

Musiqiçi kimi mənim üçün əsas və başlıca məqsəd ondan ibarət idi ki, ölkəmi layiqincə təmsil edim və mən bunu 100% bacardım. Biz bunu etdik, amma vəziyyətin gedişinə təsir göstərmək üçün gücüm yox idi.

Yekun olaraq, lakin heç də az önəmli olmayan detalı vurğulamaq istəyirəm ki, hər şey daha yaxşı nəticə naminə baş verir. Tezliklə görüşənədək”.

Qeyd edək ki, Azərbaycan 10 ildir iştirak etdiyi “Eurovision”da ilk dəfə finala keçə bilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 853 09.05.18 18:07