General oğlunun cinayət işində müəmma: videogörüntüləri kim gizlədib? » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |    

General oğlunun cinayət işində müəmma: videogörüntüləri kim gizlədib?

Avtobus sürücüsünü döyən general oğlu yenidən məhkəmə önünə çıxarılıb.

Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov aldığı cəzadan narazı qalıb. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən general oğlu apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Məhkəmə prosesində için istintaqını aparan müstəntiq Məhəmməd Tağıyev şahid qismində dindirilib. O, vəkillərin suallarını cavablandırıb. Müstəntiq bildirib ki, şahidlərin dindirilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməyib: "Onlara hüquqları izah edilir. İfadələrini oxuyandan sonra imza atıblar. Şahidlər bizə nə ifadə veribsə, biz də o cür onları yazmışıq".

General oğlunun vəkili Kamandar Nəsibov bildirib ki, bəzi şahidlər latın əlifbasını bilmədiklərini deyirlər: "Onlar latın qrafikasını bilməyə-bilməyə necə oxutdurmusuz?" Müstəntiq cavab verib ki, şahidlərə ifadələri oxunub və elan edilib: "İlkin istintaq zamanı insanlar bir-birinə qarşı aqressiv olurlar, hər şeyi danışırlar. Hətta onlar ilkin məlumatlarda silah olduğunu desələr də, sonradan bundan imtana ediblər. Mən yenə də qeyd edirəm ki, şahidlərin heç bir hüququ pozulmayıb. Nə danışıblarsa, yazılıb".
Məhkəmədə şahidlərin ifadələri elan edib. Müstəntiq onu da qeyd edib ki, hadisə ilə bağlı videogörüntülərlə bağlı sorğu verilsə də, həmin görüntülər əldə edilməyib: "Hadisə baş verən gün sorğu verdim. 1 həftə istintaqı apardıqdan sonra o iş başqa bir müstəntiqə həvalə edilib".

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün vaxt istəyib. Məhkəmə mayın 24-ə təyin edilib.
Bildirək ki, hadisə zamanı Pərviz və Kənan adlı şəxslər də general oğlunun yanında olublar. Onlar Orucovun dostlarıdır və hadisə zamanı onun avtomobilində olublar. Hər ikisi barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmənin hökmü ilə onlar məhkəmə zalında həbs ediliblər. Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək, sərnişinlərin narahatçılığına səbəb olub. O, insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Məlumata görə, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib. Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Bu hadisədən sonra R.Orucovun atası general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

//Musavat.com
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 821 09.05.18 16:02