Prezident Qələbə günü ilə bağlı mərasimdə iştirak edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Prezident Qələbə günü ilə bağlı mərasimdə iştirak edib

İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Müharibə veteranları ilə görüşən prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva onları Qələbə günü münasibətilə təbrik ediblər.

Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.

Azərbaycan prezidenti və birinci xanım iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşdülər, onları Qələbə bayramı münasibətilə təbrik ediblər.

Dövlətimizin başçısı və birinci xanım İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdiriblər.

Mərasimdə baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 514 09.05.18 11:35