Elçin Əlibəylinin Maral Tahirqızını verilişindən qovmasına rəsmi münasibət » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Elçin Əlibəylinin Maral Tahirqızını verilişindən qovmasına rəsmi münasibət

Milli Televiziya və Radio Şurası (MTRŞ) Elçin Əlibəylinin aparıcılıq etdiyi "Space" televiziyasının "El bizim, sirr bizim" verilişində baş verənlərə münasibət bildirib.

Median.Az
xəbər verir ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov report-a açıqlamasında deyib ki, həmin veriliş Şuranın monitorinq nəzarətinə götürülüb.

T.Dadaşov qeyd edib ki, verilişdə baş verənlər və aparıcının davranışları təhlil olunub: "Məsələ ilə əlaqədar müvafiq arayış tərtib edilərək rəhbərliyə təqdim olunub.

Verilişdə aparıcının Maral Tahirqızı adlı şəxsi təhqir etməsi məsələsinə gəlincə, hesab edirəm ki, buna həmin şəxs özü fərdi qaydada münasibət bildirə bilər ki, baş verənləri özünə təhqir hesab edir, ya yox. Bununla belə, sağlam efir mühiti baxımından aparıcıların efirdə hansı məqsədlə olur-olsun insanlarla kobud, efir etikasına zidd şəkildə ittiham etməsi, özünü hakim kimi aparması yolverilməzdir. Əgər verilişə çağırılan şəxs müzakirə olunan mövzuya uyğun səviyyədə deyilsə, onu ora çağırmaq yalnız şou yaradaraq reytinq qazanılmasına xidmət edə bilər. Çox təəssüf ki, bir çox verilişlərdə bizim təcrübəli hesab etdiyimiz illərin aparıcıları müzakirə verilişlərində özlərini tərəf kimi aparırlar. Bu, olmamalıdır. Digər tərəfdən, sağlam müzakirə istisna olmaqla ələ salmaq və ya digər məqsədlər üçün iştirakçıların bir-birinə qarşı qoyulması da qəbuledilməzdir. Çox təəssüf ki, bu cür hallar son vaxtlar tez-tez rastlaşılır.

Tövsiyə edərdim ki, aparıcılar xarici həmkarlarının praktikası, bu sahədə yazılan ədəbiyyatlarla yanaşı, teleradio yayımı haqqında milli qanunvericiliklə də yaxından tanış olsunlar".

Qeyd edək ki, "El bizim, sirr bizim" verilişinin aparıcısı Elçin Əlibəyli Maral Tahirqızını verilişindən qovub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 150 08.05.18 17:32