Məktəb direktoru ilə usta arasında qalmaqal: “Üstümə daş atdı…” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Məktəb direktoru ilə usta arasında qalmaqal: “Üstümə daş atdı…”

“Məktəbdə xəsarət alıb xəstəxanaya yerləşdirildim, amma bir dəfə də olsun müdiriyyət mənimlə maraqlanmadı”.

Bu sözləri Sumqayıt şəhər 9 nömrəli məktəbdə usta kimi çalışan Hüseynov Rafiq Hüseyn oğlu bildirib. Onun sözlərinə görə, aprel ayının 24-də adıçəkilən təhsil müəssisəsində işləyərkən nərdivandan yıxılıb və ağır xəsarət alıb. O, iddia edir ki, yıxıldığı zaman məktəb direktoru ona təcili yardım çağırmaqdan belə imtina edib. Həmin tarixdən etibarən xəstəxanada yatan R.Hüseynov məktəb müdiriyyətinin onunla bir dəfə də olsun maraqlanmadığından şikayətlənib.

Sözügedən məktəbin direktoru Həqiqət Abdullayeva ilə əlaqə saxladıq. H.Abdullayeva bildirdi ki, R.Hüseynovun həmin məktəbin həyətində evi var və hadisənin hansı zəmində baş verdiyini görən olmayıb: “Biz həmin şəxslə məktəbin pəncərələrinə taxılması üçün “raşotka”ların (dəmir barmaqlıqlar) hazırlanmasına görə danışmışdıq. İşini vaxtında görmədiyi üçün ona bildirdim ki, görəcəyi iş bizə lazım deyil. Mənim xəbərim olmadan işin icrası üçün məktəbin müəllimlərindən pul alıb. Pulun qaytarılması üçün ona dəfələrlə müraciət etmişəm. Bildirib ki, pulu qaytaran deyil və istədiyi vaxt gəlib işi icra edəcək. Hadisə baş verdiyi gün heç nədən xəbərim olmayıb. Bir də eşitdim ki, deyirlər həmin şəxs yıxılıb. Getdim yanına və gördüm ki, yerdə, başının altına yastıq qoyularaq uzanıb. Maraqlanmaq istədim, amma üstümə daş atdı. Hadisənin hansı zəmində baş verdiyini bilmirəm, görən də olmayıb. İndi siz deyin, mənim üstümə daş atan adamla necə maraqlanım?!”

Hüquqşünas Ruslan Mustafayev bildirdi ki, işçi əgər iş prosesində xəsarət aldığını sübut edə bilərsə, işəgötürəndən qanunla icra edilməli olan proseslərin həyata keçirilməsini tələb edə bilər: “İşçi orada faktiki olaraq işlədiyini və iş zamanı xəsarət aldığını sübut edə bilərsə, işəgötürən qanunvericiliyin tələblərinə uyğun olaraq üzərinə düşən bütün prosesləri həyata keçirməlidir. Amma əmək müqaviləsi imzalanmayıbsa, bunu sübut etmək bir qədər çətin olacaq. Çünki bu hadisənin həqiqətən baş verdiyini sübut edəcək olanlar oradakı digər işçilərdir. Buna baxmayaraq Əmək Müfəttişliyinə şikayət edə bilər. Müfəttişlik araşdırma aparıb işçinin əmək müqailəsiz işlədiyini aşkarlasa, bunun nəticəsində işəgötürəni cərimələr gözləyə bilər. İşçi də müfəttişliyin ona verdiyi rəsmi sənədlərə əsaslanaraq öz hüququnu tələb edə bilər”.//xeberle.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 659 08.05.18 16:57