Saatlıda döyülərək öldüyü deyilən şagirdlə bağlı TƏFƏRRÜATLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Saatlıda döyülərək öldüyü deyilən şagirdlə bağlı TƏFƏRRÜATLAR

Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlu qəfildən dünyasını dəyişib. Onun döyüldükdən sonra vəfat etdiyi ehtimal olunur.

Yenicag.az-a açıqlama verən Saatlı rayon təhsil şöbəsinin rəsmisi Urşan Nuruşov hadisə ilə bağlı təfərüüatları danışıb:

“Sarıcalar kənd məktəbinin 8-ci sinif şagirdi Yahya ürək tutmasından dünyasını dəyişib. Biz hamımız indi ordan gəlirik. Uşağın tənəffüs vaxtı halı pisləşib, üzünə su vurub, sinif yoldaşlarına özünü pis hiss etdiyini deyib. Qəfildən yıxılıb. Şagirdlər müəllimlərə xəbər verib, kənd həkimi çağrılıb. Həkim deyir ki, uşaqda həyat əlaməti olmasa da, onu xilas etməyə çalışıb. Nə qədər süni nəfəs veribsə də, şagird həyata qaytara bilməyib. Valideynləri də gəlib, atası onun epilepsiya xəstəsi olduğunu bildirib. Onun meyiti Saatlı rayon morquna aparılıb. Hələ də ordadır, ekspertiza olunur. Rayonun kriminalistləri də hadisə yerində olub. Yalandan yazırlar ki, guya uşaq döyülərək dünyasını dəyişib. Yalan söhbətlərdir”.

Saatlı rayon Polis Şöbəsinin rəsmisi Atakişiyev Valid saytımıza açıqlamasında şagirdin ölüm səbəbinə aydınlıq gətirib:

Hadisə 10-30 radələrində baş verib, əməkdaşlar hadisə yerində olub. İlkin araşdırmaya görə, Ağayev Yahya Eldar oğlu məktəbin həyətindəki hovuzdan su içdikdən sonra qəflətən dünyasını dəyişib. Meyit ekspertiza olunmaq üçün morqa aparılıb. Həkimlər rəy verəndən sonra hadisənin əsl səbəbi bəlli oalcaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 139 08.05.18 16:09