Bakıda keçiriləcək dünya çempionatının maskotu bəbir seçildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |    

Bakıda keçiriləcək dünya çempionatının maskotu bəbir seçildi

İyunun 5-9-da Bakıda keçiriləcək BMX üzrə dünya çempionatının rəsmi maskotu bəlli olub.

Maskot Qafqaz bəbiri olacaq.

Çempionatın simvolu olaraq bəbirin seçilməsi özlüyündə bu elementləri ehtiva edir:

Tullanmaq üçün balans – Ekstremal idman növü olan BMX yarışlarında idmançılar daha çox tullanma elementlərindən istifadə edirlər və bu zaman yıxılmamaq üçün balansın qorunması olduqca önəmlidir. Qafqaz bəbiri qaçdıqda və ov etdikdə bir neçə metr uzunluğa tullana bilir və bu baxımdan, balansın qorunması ön plana çıxır.

Fərdilik – BMX yarışları komanda yox, fərdi idman növüdür. Qafqaz bəbiri də fərdi yaşamağa üstünlük verir.

Güc və sürət simvolu – Rəqiblərini üstələmək üçün əksər idman növlərində olduğu kimi, BMX növündə də finişə birinci çatmaq üçün güclü ayaqlara və sürətə ehtiyac duyulur. Qafqaz bəbirinin isə güc və sürət etalonu olduğu heç kimə sirr deyil.

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə regionumuzda nəsli kəsilməkdə olan beş heyvan növü müəyyənləşdirilib və Qafqazın “Böyük Beşliyi” konsepsiyası tərtib edilib. Bu növlərdən biri də məhz Qafqaz bəbiridir.

Həmin dövrdən etibarən IDEA İctimai Birliyi təhlükə altında olan fauna növlərimizin mühafizəsi və artırılması istiqamətində əməli tədbirlərə başlayıb. Son 10 ilin tədqiqatları bəbirlərin Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ və Dərəşamda, Mingəçevir su anbarının şimalında Axar-Baxar silsiləsində yaşadığını müəyyən edib.

Ümumilikdə Respublika ərazisində işğal olunmuş ərazilər də daxil olmaqla iyirmiyə qədər bəbirin yaşadığı ehtimal edilir.

Bəbirlərin sayının azalmasının əsas səbəbi isə insanlar tərəfindən birbaşa təqib olunması və əsas qida obyektlərinin sayının kəskin azalmasıdır. Qafqaz bəbirlərinə diqqəti artırmaq və onların mühafizəsi istiqamətində səyləri səfərbər etmək məqsədilə, IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin may ayında Bakı şəhərində tarixdə ilk dəfə olaraq, Qafqaz Pişikkimiləri üzrə beynəlxalq Sammit də təşkil edilib./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            883 08.05.18 12:27