Ramil Usubov: Son 15 ildə polislərin maaşı 16 dəfə artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ramil Usubov: Son 15 ildə polislərin maaşı 16 dəfə artıb

Dünya çox çətin dövrdə yaşayır. Son iyirmi ildə onlarla ölkə bir anın içində vətəndaş müharibəsinə sürüklənib, dövlətçiliyini, müstəqillyini itirib, milyonlarla əhali qaçqına çevrilib.

Bunu “Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

“Yaşadığımız bölgənin də daxil olduğu coğrafi ərazidə terror, siyasi xaos, dini radikalizm yönündə çoxsaylı müharibələr yaşanır. Bu bəlalar Azərbaycanın sərhədinə doğru irəliləyir və onu ölkəmizə keçirmək istəyən məlum qüvvələr uzun illərdir ki, dayanmadan fəaliyyətdədirlər.

Lakin prezident İlham Əliyevin düzgün siyasəti, müdrik qərarları nəticəsində Azərbaycan bu problemlərdən uğurla qorunur, ictimai sabitlik, kriminogen durum ciddi nəzarət altında saxlanılır”, - deyə nazir bildirib.

Ramil Usubov qeyd edib ki, son 15 ildə bəzilərinin təməlqoyma və ya açılış mərasimlərində cənab prezidentin şəxsən iştirak etdiyi yüzlərlə obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılıb, minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb:

“Sahə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatıb.

Bu müddətdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı 14 sərəncam imzalanıb və nəticədə əməkhaqları orta hesabla 16 dəfə artıb.

Şəxsi heyətin gərgin əməyi və fədakar xidməti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, ötən 15 ildə 626 əməkdaş dövlət mükafatları ilə təltif olunub, 44 rəhbər vəzifəli şəxs ali xüsusi rütbələrə layiq görülüb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 870 08.05.18 11:51