AZAL təyyarəsi Bakıda məcburi eniş edib » Median.Az News Agency

AZAL təyyarəsi Bakıda məcburi eniş edib
Yerli vaxtla saat 08:59-da uçan Azərbaycan Hava Yollarının (AZAL) J2-075 Bakı (GYD) - İstanbul (IST) reysini yerinə yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna dönmək qərarını qəbul edib.

Bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

“Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstanbula yola salınacaqlar. Reysin statusu yeniləndikcə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 182 08.05.18 11:21