"Həkim məni kabinetinə aparıb, telefonumu söndürdü" — Şikayət məktubu (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |     15:29 Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO  |     15:26 Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO  |     15:25 Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”  |     15:24 Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb  |     15:21 Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - VİDEO  |     15:13 Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar  |     15:11 Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ  |    

"Həkim məni kabinetinə aparıb, telefonumu söndürdü" — Şikayət məktubu (FOTO)

Bakı şəhəri Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi 9, ev 5-in sakini Nəbiyeva Rəfiqə Hacıbala qızı "Ölkə.Az"-ın redaksiyasına şikayət müraciəti edib.

R.Nəbiyevanın sözlərinə görə, Nərimanov rayonu 4 nömrəli poliklinikanın həkimi-travmatoloqu Azad Hüseynov onun əlini şikəst edib: "2014-cü ilin avqust ayında yıxılmışdım, sol əlimin orta barmağı sınmışdı. 2014-cü ilin avqust ayının 10-da Nərimanov rayonu 4 nömrəli poliklinikanın həkimi-travmatoloq Azad Hüseynova müraciət etdim. O da məni rentgenə saldırıb, əlimi gipsə qoydu. Bir neçə gün sonra getdim ki, ağrıdan ölürəm. Ağrıkəsicilər yazdı və əlim yenidən rentgenə salındı. Məlum oldu, gips sürüşüb. Əlim ard-arda üç dəfə eyni səbəbdən gipsə salındı. Sən demə, barmağımın sümükləri çilik-çilik olubmuş. O da bilmədən əlimi gipsə qoyub. Halbuki barmağım əməliyyat olunmalıymış. Üçüncü dəfə barmağıma iynə vurarkən, şpris əlində geri döndü və əlimin içinə girdi, ovcumdan çıxdı. Orada ürəyim gedib. Ayılanda soruşdum ki, ətrafdan spirt iyi gəlir, siz içki içmisiniz? Dedi ki, yox, tibbi spirtin iyidir. Ancaq şübhələnmişdim ki, bəlkə də içkilidir. Əlimi yenidən gipsə qoydular, adını bilmədiyim iynələr vurub, məni evə göndərdi. Səhəri gün yenidən Azad Hüseynovun yanına gedərək, bildirdim ki, indi digər barmaqlarım da işləmir, ovcumun içi də qatlanmır. Yenidən mənə iynələr yazdı və onları da aldım".

R.Nəbiyeva bildirir ki, Azad Hüseynov bu dəfə onu başqa bir tibb müəssisəsinə yönləndirib: "Bir neçə gündən sonra yenidən yanına getdim, gipsi açdı, gördü ki, əlim işləmir. Məni Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna - Zara doktor kimi təqdim edilən həkimin yanına göndərdi. Həftəyə 250 manat olmaqla, səkkiz ay Zara doktorun yanına getdim. Eyni zamanda Azad Hüseynovun da yanına gedirdim, əlimi müayinə edirdi. Hər dəfə deyirdi ki, uzun müddət Zara doktorun yanına getməlisən. Bir müddət sonra dedim ki, artıq pulum yoxdur. Çünki dərmanlarımı da özüm alıram. Əlimdə sübutum da var.

Bildirdim ki, sənədlərimi verin, gedib Türkiyədə müayinə olunacağam. Türkiyədə burada mənə qoyulan diaqnozların yanlış olduğunu dedilər. Əməliyyat olunmalı olduğumu bildirdilər, pulum olmadığına görə geri qayıtdılar. Qayıdandan sonra Azad Hüseynova bildirdim ki, mənə bu qədər ziyan dəyib, kömək edin, əməliyyat olunum. Bildirdi ki, heç bir kömək edə bilmərəm.

Məcbur olub Azad Hüseynov barəsində Nərimanov Rayon Məhkəməsinə müraciət etdim". Şikayətçinin sözlərinə görə, məhkəmə prosesinin başlamağına bir neçə gün qalmış Azad Hüseynov ona zəng vurur və sövdələşmə təklif edir: "Prosesin başlamağına bir neçə gün qalmış Azad Hüseynov mənə zəng vurdu və 4 nömrəli poliklinikanın baş həkiminin yanına getdik. Bildirdilər ki, sizə kömək edəcəyik, ancaq şikayətinizi geri götürün. Mən də razılaşdım və bildirdim ki, əlimin sağalmağını istəyirəm. Azad Hüseynov məni öz kabinetinə apardı, əl atıb telefonumu götürüb söndürdü. Dedi ki, birdən səsimi yazarsan. Bildirdi ki, bu mənim günahım deyil, sənə iki min manat verəcəyəm, get, ye, iç, kef elə. O söz mənə çox pis gəldi. Məhkəmə mənim xeyrimə qərar verdi və həkimə iki min manat cərimə kəsdi. Ancaq qərarla razılaşmadım və bildirdim ki, ümumilikdə otuz min vəsait xərcləmişəm, hətta evimin avadanlıqlarını da satmışam. Apellyasiya Məhkəməsinə müraciət etdim və qərar həkimin xeyrinə oldu. Yenidən Ali Məhkəməyə şikayət müraciəti etdim. Türkiyədən gələn sənədləri, digər maddi sübutlarımı da şikayətimin arasında təqdim etmişdim. Ali Məhkəmə işi yenidən Apellyasiya Məhkəməsinə göndərdi və yenidən baxılması tələb edildi".

R.Nəbiyeva bildirir ki, Azad Hüseynov müxtəlif vasitələrlə ekspertizanın rəyinə təsir göstərməyə çalışır: "O, ekspert-həkim Azər Dəmirovu ələ almağa çalışır. Azər Dəmirov rəy verib ki, guya əlim işlək vəziyyətdədir, doktorun heç bir təqsiri yoxdur. Halbuki əlim işləmir. Səlahiyyətli şəxslərdən xahiş edirəm ki, məhkəmənin ədalətli qərar çıxarması üçün mənə kömək etsinlər"




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 019 07.05.18 18:48