Nənəsinin keçmişinə görə gənc qızı öldürdülər – Bakıda » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |    

Nənəsinin keçmişinə görə gənc qızı öldürdülər – Bakıda

Cəmiyyətdəki gənclərə qarşı olan bu vəhşiliyi hər kəs görsün. Mənim dünya gözəli bir xalam qızı vardı. Çox heyf ki, alçaq insanlar ücbatından indi gənc yaşında torpaq altındadır.

Bir oğlanı sevirdi. Çox mübarizədən sonra nişanlandılar, amma oğlanın anası evliliyə razı olmadı. Səbəb isə qızın ata nənəsinin keçmişi guya ‘təmiz’ deyilmiş. Nənəsinin keçmişdə yaşadıqları xalam qızının başında partladı. Yazıq qızın ölümünə səbəb oldu. Demək, ailələr arasında söz-söhbət o həddə çatdı ki, nişanı geri qaytardılar, amma qız və oğlan bir-birilərini sevdikləri üçün görüşürdü. Oğlan qızı çox sevirdi, dedi, gəl birlikdə qaçaq, kirayədə tutub evlənək. Qız razı oldu. Birlikdə qaçacaqdılar, amma qız çox çəkingən, qorxaq idi. Ən çox da qardaşından qorxurdu. Başladılar onu qorxutmağa, qınamağa. O, qədər sıxdılar, o qədər qınadılar ki, qız bir gecə özünü asıb öldürdü.

Qızı qınaq edənlər, "qardaşına-anana deyəcəyik” deyib hədələyənlər gəlib qızın ölüsündən üzr istədilər. Amma, bu üzr onu geri qaytardımı? Ona görə də xahiş edirəm keçmişdə yaşananlara görə kimsəni qınamayın, sevənləri ayırmayın. Çünki, bəziləri xalam qızı kimi zəiflik göstərib yaşamlarına son verə bilərlər. Sonrakı peşmançılığın isə heç bir faydası yoxdur". //azadqadin.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            41 442 05.05.18 13:35