Millət vəkilləri 8000 manat maaş alsınlar - TƏKLİF » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |    

Millət vəkilləri 8000 manat maaş alsınlar - TƏKLİF

Deputat Qüdrət Həsənquliyev deputatların maaşlarının 8 min manata qaldırılmasını təklif edib.

Bu barədə o, Milli Məclisin plenar iclasında deputatların maaşlarının artırılması ilə bağlı dəyişikliyin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, indiki 10 faizlik artım yetərli deyil:

“Ölkədə iki devalvasiya olub. Deputatlar, hakimlər, Ombudsman başqa fəaliyyət barədə düşünməməlidir. Başqa ölkələrdə maaşlar çoxdur. Ona görə də onlar elə maaş almalıdırlar ki, ailələrini dolandıra bilsinlər. Təklif edirəm ki, baş nazir, Milli Məclisin sədri 10 min, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”.

Spiker Oqtay Əsədov isə deputatın təklifləri ilə razılaşmayıb. O qeyd edib ki, indi əməkhaqları artırılması nəzərdə tutulan şəxslərlə digər insanların maaşları arasında artımda böyük fərq olmamalıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 029 04.05.18 13:35