Лондон
C

Bakıda keçmiş arvadını öldürən şəxs könüllü təslim oldu

Bakıda keçmiş arvadını öldürən, tanışını isə bıçaqlayan şəxs polisə təslim olub.

Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, mayın 1-də paytaxtın Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini Rəşad İbrahimzadənin münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk etməsi, nəticədə Z.İbrahimovanın hadisə yerində ölməsi, E.Əliyevin isə xəstəxanaya yerləşdirilməsi faktı ilə əlaqədar dərhal rayon polis idarəsi və prokurorluğunun əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Görülmüş tədbirlər nəticəsində R.İbrahimzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək təslim olub, cinayətin aləti olan bıçağı da polisə təqdim edib.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев