Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |    

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə iki günlük səfəri başlayıb.

Bu, aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn dövlət başçısı İlham Əliyevin xarici ölkəyə ilk səfəridir.

Aprelin 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin şərəfinə şam yeməyi verəcək.

Prezident İlham Əliyev səfər çərçivəsində R.T.Ərdoğanla təkbətək və geniş tərkibdə görüş keçirəcək. Dövlət başçıları ikitərəfli əlaqələrin hazırki vəziyyəti və daha da genişləndirilməsini, bölgədə və beynəlxalq aləmdəki əsas mövzuları müzakirə edəcəklər.

Bundan başqa Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclası keçiriləcək. Azərbaycan və Türkiyə prezidentləri toplantıda iştirak edəcəklər.

Prezident İlham Əliyevin səfəri aprelin 25-də başa çatacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 412 24.04.18 18:28