"Hamamda çılpaq çimmək olmaz, cinlər baxır" - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

"Hamamda çılpaq çimmək olmaz, cinlər baxır" - VİDEO

"Hamamda olarkən ayaqyoluna getmək haramdır. Bu, ən böyük murdarçılıqdan, iyrəncliklərdən biridir. Mömin müsəlman əvvəlcə ayaqyoluna, sonra hamama getməlidir. Üstəlik, hamamda çılpaq olmaq da günahdır. Hamam çirklənmə yox, təmizlənmə yeridir. Buna görə də hamamda böyük və ya kiçik abdəst olmaz. Əks təqdirdə şeytanlar vəsvəsə verər".

Özünü "şeyx" kimi təqdim edən Kərəm Önder belə deyir.

Kerem Önder Türkiyədəki "İhramcızâde İlim Yayma Derneği"nin illahiyyatçılarından biri, nəqşbəndiyyə təriqətinin mənsubudur.

Onun fikrincə, müsəlman kişi və ya qadın hamamda olarkən əsla çılpaq çimməməlidir. Sən demə, "müsəlman hamamda olanda orada cinlər və şeytanlar tərəfindən izlənilir".

"Cinlərlə şeytanlar daim pusqudadır. Müsəlman hamama girən kimi o pusqudakı cinlərlə şeytanlar müsəlmana baxmağa başlayırlar. Müsəlman kişi, yaxud qadın hamamda olanda, çiməndə mütləq, amma mütləq diz qapaqları ilə göbəyi arasındakı yerləri örtməli, qapatmalıdır. Çılpaq, lüt çimənləri cinlər görür və bu adamlar cinlərin felinə uyurlar. Hədisdə də deyilib: "Kim gecə çılpaq yuyunarsa, sonra özündə dəlilik əlaməti görərsə - özündən savayı kimsəni qınamasın!"

Əfsuslar olsun ki, müsəlmanların bir qismi hamamda çılpaq olur. Müsəlman çılpaq olmamalıdır! Çılpaq müsəlman şeytanlarla cinlər üçün təsəllütdür! Ədəb nədir? Göbək dəliyi və diz qapaqları arasındakı yer. Həmin yer ən azı dəsmalla bağlanmalıdır.

Bunu edə bilmirsənsə, bir şort geyin, əsla çılpaq yuyunma. Sonra da gəlirlər ki, dua yaz, bədənimə cin girdi, şeytan təsəllüt etdi! Soruşursan, bunu edibsən - deyir, "hə". Deyirsən, onu edibsən, deyir, "hə!"

Qardaşım, sən özün cinlərlə şeytanları çağırıbsan, dəvət edibsən, "Yanıma gəlin, birlikdə olaq!" söyləyibsən ki...

Cinlərlə bərabər olma, onlar başına dərd olar, problem yaradar", - Kərəm Önder söyləyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            9 667 23.04.18 11:41