Cinsiyyətini dəyişən mingəçevirli Səbinə: “Məni Azərbaycanda barmaqla göstərirdilər” – FOTO, VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |    

Cinsiyyətini dəyişən mingəçevirli Səbinə: “Məni Azərbaycanda barmaqla göstərirdilər” – FOTO, VİDEO

Dəyişən, inkişaf edən dünyada tez-tez homoseksual, transseksual ifadələri ilə qarşılaşırıq. Əvvəllər xarici mediada belə insanlara rast gəlsək də, artıq ölkəmizdə də bu cür insanlarla bağlı xəbərlərə tez-tez rast gəlirik. Elə son aylarda mətbuatda cinsini dəyişən azərbaycanlı xanımla bağlı xəbər səs-küyə səbəb oldu.

Əsl adı Səbinə Kurqunayeva olan bu xanım mingəçevirlidir. Hazırda Amerikada təhsil alır.

Azərbaycanda cinsi azlıq nümayəndələrinin rahat yaşaya bilmədiyini əsas gətirərək xaricdə yaşamağı üstün tutan xanım öz cinsiyyətindən də imtina edib. Belə ki, xanım cinsiyyətini dəyişmək üçün lazım olan proseslərə artıq başlayıb və adını da Sebastian olaraq dəyişib. Özünün “Youtube”, “Instagram” hesablarında şəxsi bloqunu yaradaraq, oğlan olaraq necə dəyişdiyini izləyiciləri ilə paylaşır.

Özündən başqa bir qardaşı olduğunu deyən Sebastian bildirib ki, onunla arasındakı münasibət çox yaxşıdır.




Sebastian ailəsi haqqında danışarkən valideynlərinin hərbçi olduğunu daha sonra atasını qəzada itirdiyini deyib: 

“Valideynlərimin hər ikisi hərbçi olub. Mən uşaq ikən atam avtomobil qəzasında dünyasını dəyişib. Daha sonra anam qardaşımın atası ilə tanış oldu və sonradan qardaşım aramıza qatıldı. Anamla aram uşaq vaxtı çox yaxşı idi. Hətta anam çox demokratik insan olub, hər zaman yanımda olub. Lakin böyüdükdən sonra anama özüm haqqındakı gerçəyi dedim və o gündən sonra anamla aramda bir uçurum yarandı. Artıq biz bir-birimizə yadıq”.

Orta məktəblə bağlı təəssüratından danışarkən xoş xatirələrinin çox az olduğunu qeyd edib:

“Müəyyən bir yaşdan sonra mənim haqqımda şaiyələr yaymışdılar. 9-cu sinifdə oxuyanda artıq sinifdə heç kim mənə salam da vermirdi. Düz-əməlli şəhərə çıxa bilmirdim, hər kəs məni barmağı ilə göstərirdi. Məhəlləmizdəki uşaqlar divarlara nömrəmi yazmışdı”

Sebastian ilk dəfə Amerikayla 10-cu sinifdə oxuyarkən tanış olub. İmtahan verərək Fleks proqramı vasitəsilə bu ölkədə oxumağa haqq qazanıb. Uşaq vaxtından məktəbdən kənar həyatının çox aktiv olduğunu söyləyən Sebastian Amerikanın onun hər zaman arzusu olduğunu qeyd edib.

Mentalitetin güclü olduğu ölkələrdə insanların sərbəst yaşamağı çox çətindir. Haqqında danışdığımız bu xanım da insanların cəmiyyətin fikirləri üzərində həyatlarını qurmamasını, sadəcə istədikləri həyatı seçmələrini arzuladığını bildirib./minval.info
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            9 634 22.04.18 18:47