“Süni mayalanma” adı altında 7000 manatını aldılar – ƏCNƏBİ HƏKİMDƏN ŞİKAYƏT (VIDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |    

“Süni mayalanma” adı altında 7000 manatını aldılar – ƏCNƏBİ HƏKİMDƏN ŞİKAYƏT (VIDEO)

Sənan Mövsümov uzun illərdir ailə qurub. Övladı olunmadığından Bakıda bir sıra klinikalarda müxtəlif mütəxəssislərlə görüşüb dərdinə çarə axtarıb. Sonsuzluq problemi ilə üzləşən ailə başçısı deyir  ki, reklamlara aldanaraq müxtəlif özəl klinikalara müraciət edib. Nəhayət  ötən ilin payızında xanımı Günayla birlikdə süni mayalanma proseduru üçün “HB Güven” klinikasına üz tutub. Burdan bildirlib ki, klinikada daha çox türkiyəli həkim Öndər Tulumbaciyə müraciət olunur.

“Beləliklə ailəmlə birlikdə Öndər bəyin qəbulunda oldum. Müalicələrimizlə bağlı onu məlumatlandırdıq. Həkim məsləhət gördü ki, yenidən rentgen müayinələrindən keçək. Baxmayaraq ki, rentgen müayinələrindən keçmişdik. Amma yenə Öndər bəyin dediyi kimi getdik analizlərimizi verdik, proseduralardan keçdik”.

Müayinələrdən keçən gənc ailə cavabları ilə birlikdə Öndər bəyin qəbuluna gəlir və nəticəni ona təqdim edirlər.

“Sənədlərimizlə tanış olduqdan sonra dedi ki, sizin də, xanımınızın da faiz dərəcəsi azdır. Amma mən bacardığım qədər sizə söz verirəm ki, övladınız olacaq. Yüz faiz alınmasına söz verməsə də, bizə dedi ki, 5000 min manat ödəyəcəksiniz, əgər birinci mərhələdə alınmazsa, biz pulun yarısını qaytaracağıq. Əgər ikinci mərhələyə başlayası olsaq, onda yenidən əlavə ödəniş edərsiniz. Mən pulu ödədim, qəbz istədim, dedilər ki, biz bu ödəniş üçün qəbz vermirik”.

Həkimin məsləhəti ilə Sənan bəy əvvəlcə klinikaya 2000 manat ödəyir. Öndər bəy ailəyə məbləğin yerdə qalanını yəni 3000 manatı  süni mayalanmanın aparıldığı Nərimanov rayonu ərazisində yerləşən “Sərhədçi” adlanan laboratoriyaya ödəməyi məsləhət görür.

“Yoldaşım hamilə deyil. Bunun üçün yenidən ikinci dəfə müraciət etdik. Öndər həkimlə görüşdüm. Köməkçisi Ceyran xanım da yanında idi. Dedi ki, bu dəfə 100 faiz olacaq. Mən bu dəfə ondan insan kimi soruşdum ki, hətta nəticə olmayacaqsa belə bunu gizlətməyin. Mən onsuzda buna görə yoldaşımdan ayrılan deyiləm. İkinci dəfə pulu alandan sonra ailəni əmin ediblər ki, bu dəfə mütləq övladları olacaq və klinika pulu donora ödəmək üçün ailəni tələsdirir”.

Lakin ailənin nə övladı olur, nə də müalicə üçün ödənilən məbləğ geri qaytarılır.

Sənan Mövsümov klinikanın baş həkimi uzman doktor Rəşad Zeynalovla görüşmək istəsə  də, buna imkan verilmir.

Pasiyent yenidən Öndər Tulumbaci ilə görüşmək istəsə də, həkim qeydiyyat masasına belə bir pasiyent tanımadığını, “HB Güven” klinikasında sünü mayalanmaya icazə verilmədiyini deyib və Sənan Mövsünovla görüşdən ümumiyyətlə imtina edib.

Məsələnin mahiyyətini araşdırmaq üçün üz tutduq “HB Güven” klinikasına.

Qeydiyyat masasından bildirdilər ki, Öndər Tulumbaci Türkiyədə tanınmış ginekoloq, hətta sonsuzluqla bağlı elmi araşdırmaların müəllifidir.

Öndər Tulumbacinin qəbuluna düşməyin qiyməti 80 manatdır.

Onun qəbuluna yazılmaq istəyən xəstələr bir-iki həftə əvvəldən müraciət etməlidir.

Ö.Tulumbacinin müayinə etdiyi xəstələrlə söhbətimizdən məlum oldu ki, həkimin qəbulu da daxil olmaqla analiz və digər müayinələrə 300-500  manat arası pul xərcləyirlər.

Klinikanın mühafizə xidməti çəkiliş aparmağa, baş həkimlə görüşə icazə verməyib. Çəkiliş qrupu mövzu ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmaq istədiyi bildirdikdə isə Atatürk prospekti, 57c ünvanına sahə müvəkkili çağırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın məsələyə münasibəti isə belə olub: “Nazirlik özəl klinikaların işinə müdaxilə etmir. Şikayətçi Sənan Mövsümov özü nazirliyə müraciət etməlidir. Bundan sonra məsələnin həlli ilə bağlı ölçü götürülə bilər”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2011-ci ildə 7368 ailə övlad həsrətindən yollarını ayırıb. Son iki ildə isə pozulan nikahların təxminən 15 mini sonsuz ailələrin payına düşür.lent.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 097 21.04.18 15:25