Hitlerin sualtı qayığı tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Hitlerin sualtı qayığı tapıldı

Faşist Almaniyası rəhbərliyini Cənubi Amerikaya çatdırdığı iddia olunan “U-3523” sualtı qayığı, 73 il sonra Danimarka sahilləri yaxınlığında dənizin dibində aşkarlanıb.

Bu barədə “The Daily Star” məlumat yayıb.

Nəşrin məlumatına görə, sualtı qayıq Skaqen şəhərində on dəniz mili şimalda tapılıb. Dəniz dibinin müayinəsi sualtı qayığın 123 metr dərinlikdə, dalğıclar üçün əlverişsiz mövqedə yerləşdiyini göstərib. Qeyd olunur ki, qəza anında sualtı qayığın göyərtəsində 58 ekipaj üzvü olub.

Bundan əvvəl tədqiqatçılar, submarinin Britaniyanın “B-24 Liberator” bombardmançısının 6 may 1945-ci ildə endirdiyi zərbədən sonra batdığını ehtimal edirdi.

Ancaq qayıqdan heç bir əsər-əlamətin olmaması müxtəlif şayələrin yayılmasına yol açmışdı.

Ən populyar versiyalardan birinə görə qayığın göyərtəsində Adolf Hitler daxil olmaqla, aparıcı nasist məmurlar yer alıb və onlar sağ-salamat Cənubi Amerikaya çatıb.

Bu şayiələrin yayılmasına eyni zamanda ABŞ kəşfiyyatının əldə etdiyi bəzi şahid ifadələri təkan verib. Belə ki, bəzi mənbələr ikinci dünya müharibəsindən sonra Hitleri Kolumbiya və Argentinada sağ-salamat gördüklərini əmin edib.

Habelə Danimarkanın Dəniz müharibəsi muzeyi “U-3523” sualtı qayığının nasist rəhbərliyini və ya qiymətli əşyaları, o cümlədən qızıl külçələri daşıması haqqında heç bir sübutun olmadığını bildirir./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 735 19.04.18 11:31