“Ъ”: Azərbaycan “Polonez” raket sistemi alır - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“Ъ”: Azərbaycan “Polonez” raket sistemi alır - VİDEO

Belarusun “Polonez” raket sistemləri artıq 2018-ci ildə Azərbaycanda ola bilər.

Median.Az
-ın “Kommersant”a istinadən xəbərinə görə, Belarus hökuməti 2018-ci ildə 10 ədəd “Polonez” yaylım atəşli reaktiv sisteminin müqavilə üzrə ixracına başlayacaq.

İddia edilir ki, “Polonez” sistemi Azərbaycanda tədarük ediləcək, belə ki, ölkənin müdafiə naziri Zakir Həsənov Belarusa səfəri zamanı bu sistemin istehsal texnologiyası ilə tanış olub.

Nəşrin mənbəsinin sözlərinə əsasən, bu müqavilə Ermənistan tərəfinin narazılığına səbəb olacaq.

Belarus Müdafiə Nazirliyinə yaxın mənbə bildirib ki, “Polonez” yaylım atəşli reaktiv sisteminin ilk ixracı artıq 2018-ci ilə baş tuta bilər.

Onun sözlərinə görə, birinci müqavilə ilə 10 “Polonez” sistemi tədarük ediləcək (buraya raketlər, nəqliyyat-yükləmə maşınları, idarəetmə məntəqəsi, radiolokasiya stansiyalar və b. daxildir).

Mənbə əlavə edib ki, hüquqi sənədlər artıq son mərhələdədir, müştəri öz maliyyə məsələlərini həll edir.

Mənbə müştərinin adını açıqlamasa da, Rusiya müdafiə sənayesi sahəsində iki top-menecer bildirib ki, söhbət Azərbaycandan gedir./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 854 18.04.18 11:49