Bakıda maşın alverçilərinin yeni fırıldağı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda maşın alverçilərinin yeni fırıldağı - FOTO

Bakıda ikinci əl avtomobillərin alveri biznesi inkişaf edir. Şənbə və bazar günləri maşın bazarına gedən yollarda tıxac yaranır. İş o yerə çatıb ki, alverçilər bazarın hüdudlarından kənara çıxaraq, birbaşa şosedən avtomobil “ovlayırlar”.

Median.Az
xəbər verir ki, ilk vaxtlar öz avtomobillərini satmaq istəyən sürücülər bunu yaxşı fikir kimi qəbul edirdilər, çünki bu halda bazara giriş üçün pul ödəmək lazım deyil (10 manat – red.) və əllə “pul təklif etməyə hazıram” işarəsi verən alverçi gördükdə, maşınlarını həvəslə saxlayırdılar.

Lakin vaxt keçdikcə bu problem yaratmağa başlayıb.

Bu barədə adını demək istəməyən paytaxt sakini oxu.az-a açıqlamasında danışıb:

“Mən Badamdarda yerləşən işlənmiş avtomobillərin bazarına gedirdim. Atama aid 2002-ci il buraxılışı olan “Mersedes E class” maşınını satmaq istəyirdim.

Bazara çatanda bir nəfər əlini qaldıraraq işarə etdi. Mən maşını saxladım.

O dedi ki, alverçidir və elə buradaca maşınımı ala bilər. Bir az sövdələşdikdən sonra razılaşdıq. Amma o, maşınımı tanış ustalara göstərəndə hər şey bir-birinə qarışdı.

Ustalar maşınıma “baxdıqları” və qəsdən maşınımdakı kiçik nasazlıqları düzəltdikləri zaman bu alverçi bütün var gücü ilə diqqətimi yayındırmağa çalışırdı.

Baxmayaraq ki, indiyə kimi maşında hər şey qaydasında idi, ustalar dedilər ki, maşında lyuk, kondisioner və əyləc sistemi işləmir. 1000 manat xərci var.

Onda anladım ki, bu bir fırıldaqdır. Onlar qəsdən kiçik nasazlıqları sıradan çıxarıblar ki, daha 1000 manat qiyməti aşağı salsınlar”.

Aydın olub ki, analoji hadisələr artıq geniş miqyas alıb. Polisə şikayətlər daxil olub.

Nəhayət, dünən vəziyyətə post-patrul xidmətinin əməkdaşları münasibət bildiriblər. Onlar Badamdar ərazisində yol polisi ilə birgə operativ tədbirlər həyata keçiriblər.

Onlar alverçilərə maşın bazarına gedən yolun kənarında dayanmağa icazə verməyiblər. Polisin xəbərdarlığına məhəl qoymayanlar isə saxlanılıb.










скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 487 16.04.18 12:21