Büdcəyə yenidən baxılacaq: Əmək haqları artırılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Büdcəyə yenidən baxılacaq: Əmək haqları artırılacaq

“2018-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 45 dollardan götürülüb və hazırda dünya bazarında Azərbaycan nefti 70 dollardan baha satılır, onda büdcəyə əlavə gəlir daxil olacaq. Büdcəyə daxil olacaq əlavə gəlir əhəmiyyətli rəqəmlərlə ifadə olunsa, onda həmin əlavə gəlirin bölgüsü ilə bağlı büdcəyə yenidən baxıla bilər. Digər məqam isə əmək haqları ilə bağlıdır”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Deputat bildirib ki, 2018-ci ilin dövlət büdcəsində görünən o idi ki, diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı artırılacaq.

“Hələ 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ildə artırıldı. Bundan əlavə Prezidentin xüsusi sərəncamları ilə 3 milyon nəfərdən artıq insanın əmək haqqı, pensiyası, müavinəti və digər ödənişlər də artırıldı. İlin sonuna qədər həmin artımları örtmək üçün aşağı-yuxarı 600 milyon manat pul lazımdır. 2018-ci ilin dövlət büdcəsində həmin istiqamətdə tələb olunan xərclər də konkret təyinatı üzrə göstərilməklə öz əksini tapmalıdır. Bu baxımdan hər şey bu ilin birinci rübünün nəticələrindən asılı olacaq. Həmin nəticələrdən asılı olaraq, qanunvericilikdə müəyyən olunmuş qaydada 2018-ci ilin büdcəsinə yenidən baxıla da bilər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 056 16.04.18 11:39