Nəvəsi qəzada ölən kişi: "Qəsdən öldürməyib ki, qəzadır da" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |    

Nəvəsi qəzada ölən kişi: "Qəsdən öldürməyib ki, qəzadır da"

Bakıda 2 nəfərin ölümünə, 9 nəfərin yaralanması ilə yol qəzası törətməkdə təqsirləndirilən Rac Əliyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

Median.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, R.Əlizadə etibarnamə olmadan idarə etdiyi, lizinq şirkətinə məxsus “Daewo Gentra” markalı avtomobillə Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq sürücü Şovqatov Ələddinin idarə etdiyi “VAZ-21063” markalı avtomobili arxadan vurub, daha sonra isə Xamnət Quliyevin idarə etdiyi “VAZ- 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Ə.Şovqatovun azyaşlı nəvəsi Müsab hadisə yerində vəfat edib. R.Əlizadənin sərnişini olan qayınanası, 1959-cu il təvəllüdlü Sevda Abdullayeva isə yerləşdirildiyi 3 saylı Sabunçu rayon Xəstəxanasında vəfat edib.

R.Əlizadə özünü təqsirli bildiyini deyib. O istintaqa verdiyi ifadəsini təsdiqləyib və əlavə ifadə verməyib. Nəvəsi ölən Ə.Şovqatov“qəsdən öldürməyib ki, qəzadı da” deyərək barışdıqlarını bildirib.

Mərhum Müsab Şovqatov atası Zaur Şovqatov və anası Əminə Şovqatova da qəza zamanı yüngül xəsarət alsalar da, şikayətçi olmadıqlarını bildiriblər.

Lİzinq şirkəti avtomobili Elbrus Mirzəyev adlı şəxsə verib. O isə maşını etibarnamə olmadan idarə etməsi üçün Rac Əlizadəyə verib. Qəza zamanı lizinq şirkətinə dəyən 3550 manat maddi ziyan ödənilməyib.

Proses aprelin 16-da davam edəcək.

Qeyd edək ki, qəza zamanı 28 yaşlı Lalə Behbudova, 38 yaşlı Rac Əliyev, 60 yaşlı Səriyyə Şovqatova, 65 yaşlı Ələddin Şovqatov, 34 yaşlı Əminə Şovqatova, 35 yaşlı Zaur Şovqatov, 11 yaşlı Nəzrin Əliyeva Rac qızı, 5 yaşlı Yusif Hacıyev, 3 yaşlı Adəm Hacıyev xəsarət alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 560 10.04.18 21:38