Azərbaycanlı seçici “Ginnes”ə düşə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Azərbaycanlı seçici “Ginnes”ə düşə bilər

Çərşənbə günü, bir neçə nüfuzlu dünya KİV Yaponiya vətəndaşı Masadzo Nonakanı (112 yaş 259 gün) dünyanın ən yaşlı kişisi kimi tanınması barədə məqalə yazıb.

Bu barədə “Ginnesin Rekordlar Kitabı”nın rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, respublika ərazisində 1900-cü il təvəllüdlü kişi yaşayır.

“Ölkə ərazisində ən yaşlı kişi seçici 118 yaşlı Qurbanov Səftər Həsən oğlu - Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək”, - deyə məlumatda bildirilir.

Səftər Qurbanov dünyanın ən yaşlı kişisi kimi tanınan Masadzo Nonakadan yaşlıdır.

“Ginnesin Rekordlar Kitabı”nın ofisindən bildirilib ki, əgər Səftər Qurbanovun nümayəndələri (qohumlarından biri - red.), təşkilatın rəsmi saytında müraciət ərizəsi yerləşdirsə, Kitabın regional əməkdaşları Qurbanova baş çəkəcəklər.

“Hər şey təsdiqlənərsə, Qurbanov yeni dünya rekordçusu ola bilər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 415 10.04.18 14:16