Axşam saatlarında Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Median.Az "Report"a istinadən bildirir ki, rayonun Xırmandalı kəndi ərazisində "Mitsubishi" markalı avtomobillə "Mercedes" toqquşub.
Hadisə zamanı 4 nəfərin ağır yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.