Bakıda yanğın hadisəsi qeydə alınıb.
Median.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Xəzər rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 40 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.