Yevlax rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az “Report”a istinadən xəbər verir ki, "Opel" markalı minik maşını Havarlı kəndindən keçən magistral yolda 37 yaşlı Eldəniz adlı yerli sakini vuraraq, ona ağır xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.