Yevlaxda qız üstündə gənc oğlanın BAŞINA OYUN AÇDILAR - TƏFƏRRÜAT (YENİLƏNDİ) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Yevlaxda qız üstündə gənc oğlanın BAŞINA OYUN AÇDILAR - TƏFƏRRÜAT (YENİLƏNDİ)

"Yevlax rayonunda qız üstündə bıçaqlandığı deyilən 23 yaşlı gənc əvvəlcədən planlaşdırılmış hadisənin qurbanı olub".

Bu barədə Publika.az-a Xəyal Məmmədovun atası Fariz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə Mingəçevirdə baş verib: "Oğlum Mingəçevirdə kollecdə oxuyur. Pis vərdişləri, pis dost-tanışı olmayıb. Polislə danışdıq, bıçaqlayan şəxs Mingəçevir sakini olub. Oğlum deyir ki, o adamı tanımır. Amma oğlumu bıçaqlayan şəxs Xəyalın dostlarından birini tanıyır. Elə hadisə zamanı da orda olub. İki dost kollecdən çıxıb maşınla evə gedəndə bir neçə nəfər onların qarşısını kəsib, dalaşıblar. Cibində bıçaq olub, oğlumu başından və üzündən bıçaqlayıb. Hazırda Mingəçevir Mərkəzi Xəstəxanasındadı, vəziyyəti normaldı. Polis məsələni araşdırır".

Yevlax rayon Qaroğlan kənd bələdiyyəsindən verilən məlumata görə, kənd sakini Xəyal Fariz oğlu Məmmədov burda yaşamadığı üçün hadisə ilə bağlı məlumatlı deyillər: "Mingəçevirdə oxuyur, elə orda da qalır. Amma ailəsi burada yaşayır. Sakit ailədirlər. Hadisə nə üstündə olub, bimirik. Atası eşidən kimi getdi xəstəxanaya. Dediyinə görə, gecə əməliyyat ediblər, vəziyyəti yaxşıdır".

Xəstənin müalicə aldığı Mingeçevir Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, xəstənin vəziyyəti stabildir: "Dünən yaralı halıda xəstəxanaya gəlib. Dərhal həkimlərimiz tərəfindən yaralı cərrahi əməliyyata alınıb. Hazırda palataya köçürülüb, vəziyyəti yaxşıdır".

***

Yevlax rayonunda qız üstundə 23 yaşlı gənc bıçaqlanıb.

Median.Az
Report-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü rayonun Qaroğlan kənd sakini Xəyal Fariz oğlu Məmmədov münaqişə zəminində gicgah və ağız nahiyəsindən bıçaq zərbələri alıb.

Üstəlik, ona məxsus “VAZ-2107” markalı minik avtomobilinin müəyyən hissələri əzilib, şüşəsi sındırılıb. Yaralı şəxsi avtomobili ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gedib və dərhal əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 188 05.04.18 12:35