Aparıcı xəbər saytlarında virus aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |    

Aparıcı xəbər saytlarında virus aşkarlandı

“Kasperski laboratoriyası” anti-virus şirkətinin mütəxəssisləri bir sıra aparıcı xəbər saytlarında təhlükəli kod aşkarlayıb.

Bu barədə şirkətin internet səhifəsində məlumat yayılıb.

Adı açıqlanmayan xəbər saytlarının baş səhifəsində yer alan virusu, davranış analizi sistemi hesabına ifşa etmək mümkün olub.

Virusun tərtibatına görə, istifadəçi sayta daxil olan zaman, qabaqcadan yazılmış skript onu “İnternet Explorer” brauzeri ilə (“VBScript Godmode” eksploytunun köməkliyi) ilə haker serverlərinə yönləndirir.

“Əsas modul ilk versiyaları hələ 2014-cü ildə yayılan, kifayət qədər tanınmış “Buhtrap” bank sistemlərinin troyanıdır. O kibercinayətkara virusa yoluxmuş sistemə tam nəzarət etmək imkanı yaradır.” deyə məlumatda qeyd olunur.

Bəyanata görə, virtual dələduzların başlıca hədəfi, hüquq şəxslərin hesablarından iri məbləğlərdə pul oğurlamaqdır.

“Kasperski” adı açıqlanmayan xəbər saytlarında yüzlərlə yoluxdurma cəhdi qeydə alıb. Əsas hücumlar Rusiya, istifadəçilərinə hədəflənib, habelə bundan başqa Qazaxıstan və Ukrayna xəbər oxucularının kompüter sistemlərinə də hücumlar qeydə alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 328 31.03.18 13:36