Azərbaycanda "saxta" vəkilləri cəzalandıracaqlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda "saxta" vəkilləri cəzalandıracaqlar

Bu günlərdə Vəkillər kollegiyasının Rəyasət heyəti bir sıra adları öz təşkilatının adına qeydiyyatdan keçirib.Bundan sonra yalnız vəkillər "vəkil" adından istifadə edə və məhkəmə prosesində müdafiə tərəfinindən çıxış edə biləcəklər, qalanları isə cəzalandırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Vəkillər Kollegiyasının Rəyasət Heyətindən məlumat verilib.

Məlumata əsasən, son vaxtlar vəkil olmayan şəxslərin bu statusdan istifadəsinə dair kollegiyaya çoxsaylı şikayətlər edilib. Bu faktlar isə ölkə vətəndaşlarının keyfiyyətli hüquqi yardım almasına mane olur, həmçinin ümumilikdə vəkilliyə neqativ təsir edir. Bu problemin həllini kollegiya "Patent və Əmtəə Nişanları" publik hüquqi şəxsində tapıb. Bu günlərdə Vəkillər kollegiyasının Rəyasət heyəti qeyd olunan adları öz təşkilatının adına qeydiyyatdan keçirib: vəkil, адвокат, advokat, advocate, hüquq məsləhətxanası, Azərbaycan Vəkillər Kollegiyası, Azerbaijan Bar Association, Коллегия Адвокатов Азербайджанской Республики.

Vəkil olmayan şəxslər qeyd olunan ifadələrdən istifadə edə bilməyəcəklər. Əks halda inzibati və yaxud cinayət məsuliyyətinə cəlb olunacaqlar. Belə ki, vəkilin adından və əmtəə nişanlarından istifadəyə görə AR CM-nin 197-ci və İnzibati hüquqpozmalar haqqında məcəllənin 399 və 412-ci maddələri ilə məsuliyyət nəzərdə tutulur. Cəza tədbirləri bu ilin 1 aprelindən tətbiq edilməyə başlanacaq. Qeyd edək ki, hazırda ölkədə 800-dək vəkil var və respublika əhalisinin 10 milyona çatdığını nəzərə alsaq, bu çox azdır. Misal üçün, Gürcüstanda 3 mindən artı vəkil var, bu ölkənin əhalisi isə 4 milyon nəfərdir.

Hüquq elmləri doktoru, professor Kamil Səlimov kollegiyanın vəkillərinə sərbəst rəqabət imkanı verəcək alternativ srtukturu yaratmağı təklif etmişdi. O bunu hər bir vətəndaşın keyfiyyətli hüquqi yardım almaq hüququnun olması ilə izah etmişdi. Lakin qanunvericilikdəki son dəyişikliklər əhaliyə keyfiyyətli hüquqi yardım almağa zəmanət vermir. Əvvəllər kollegiyanın üzvü olmayan hüquqşünaslar mülki işlərə buraxılırdılarsa, yeni qanun onları bu hüquqdan məhrum edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 387 23.03.18 13:22