Yaralını aparan "təcili yardım" maşını qəzaya düşdü » Median.Az News Agency

Yaralını aparan "təcili yardım" maşını qəzaya düşdü
Hadisə Torvuz rayonunda baş verib

Bu gün Tovuzun Cırdaxan kəndində yol nəqliyyat qəzası baş verib.

Real TV xəbər verir ki, “Daewoo” markalı avtobusla minik avtomobili toqquşub. Bir nəfər xəsarət alıb.

Hadisə yerinə gedən təcili-tibi yardım avtomobili isə qəzada xəsarət alan şəxsi xəstəxanaya aparan zaman Tovuz şəhərinin girəcəyində "VAZ 2106" markalı avtomobillə toqquşub.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3








631 20.03.18 18:25