Bakıdan rayonlara gedən sürücülərə yol polisindən XƏBƏRDARLIQ! » Median.Az News Agency

Bakıdan rayonlara gedən sürücülərə yol polisindən XƏBƏRDARLIQ!
Yol polisi Novruz bayramı ilə bağlı paytaxtdan bölgələrə gedən sürücülərə xəbərdarlıq edib.

Metbuat.az saytına açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bayram günlərində yollarda avtomobillərin intensivliyi yüksələcək:

“Bu səbəblə sürücülərə tövsiyyə edirik ki, diqqətli olun, hava qaralandan sonra yola çıxmayın, yorğun halda sükan arxasında əyləşməyin, sükan arxasında olarkən telefola danışmayın, təhlükəsizlik kəmərlərindən istifadə edin, sürət həddini minimuma endirin, ara məsafəsini düzgün saxlayın, texniki cəhətdən saz olan avtomobillərdən istifadə edilməsinə üstünlük verin.

Bakı şəhərində bayram tədbirləinin keçirildiyi ərazilər üzrə avtomobil sürüclərindən xahiş edirik ki, getdiyi istiqamətdə şəxsi avtomobillərin park edilməsi ilə bağlı düzgün planlaşdırsınlar. Tədbir keçirilən əraziyə gedən şəxslər şəxsi avtomobilləri ilə gəldiyi üçün çox vaxt problem yaşanır. Ərazidə yer olmadıqda avtomobillərin düzgün park edilməməsi çox böyük narazılıq doğurur. Ona görə də, tədbirlərlə əlaqədar ictimai nəqliyyata üstünlük verilməsini məsləhət görürük.

Başqa, saxlanma qaydaları düzgün yerinə yetirilməlidir. Dənizkənarı Bulvar boyu Novruz bayramı ilə bağlı şənliklərin keçirilməsi nəzərdə tutulub. Bu istiqamətdə gələnlərdən xahiş edirik ki, avtomobillərini Azadlıq meydanı kimi tanınan ərazidə yerləşən yeraltı dayanacaqda saxlasınlar. Unutmayın ki, Neftçilər prospekti boyunca “Formula-1″ yarışının keçirilməsi ilə əlaqəli beton maneələrin qoyulması yolun daralmasına səbəb olub. Həmin ərazidə avtomobilləri dayandırmaq yolu bir az da kiçildir. Bu da süni sıxlığın yaşanmasına səbəb olur. Bu səbəblə, Dənizkənarı Bulvar istiqamətdə hərəkət edərkən avtomobillərinizin park ediməsini yalnız icazə verilən ərazidə etməyiniz xahiş olunur. Yəni, Azadlıq meydanındakı yeraltı avtomobil duracağından istifadə etməlisiniz.

Həmçinin, dayanma-durma hərəkətinin tələbləri mütləq düzgün yerinə yetrilməlidir. Bayram günlərində tədbirlərin keçirildiyi ərazilər nəzarətə götürüləcək və təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Təhlükəsizliyimizi yalnız birgə təmin edə bilərik.

Sonda Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirik”.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




970 19.03.18 23:03