Bu qəsəbəyə getmək istəyənlərə 2 min veriləcək... » Median.Az News Agency

Bu qəsəbəyə getmək istəyənlərə 2 min veriləcək...
İtaliyada çox az sakini olan qəsəbəyə insanları cəlb etmək üçün 2000 avro təklif olunur.

Median.az xəbər verir ki, ölkənin şimalında yerləşən Bormidada yaşlı insanların sayının artması və işsizlik ucbatından əhalisini sayı durmadan azalır. 400 nəfər əhalisi olan Bormidanın tərk edilmiş bir bölgəyə çevrilməsinin qarşısını almaq məqsədilə bələdiyyə insanlara 2000 avro təklif edir. Bu məbləğ onların ev satın almaları və kirayə qalmaları üçün nəzərdə tutulub.
Bormidada bələdiyyəyə aid evlərin qiyməti sahəsindən asılı olaraq 50-120 avro arasında dəyişir.

Bura yalnız İtaliya deyil, Hindistan, Kanada və ABŞ-dan da gəlmək istəyənlər var.скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




820 19.03.18 22:02