Ortalıqda meymunluq edən uşaqların hamısı - Fərda, Elməddin, Müşfiq..." — ŞEYX ƏBDÜLDƏN QALMAQALLI AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ortalıqda meymunluq edən uşaqların hamısı - Fərda, Elməddin, Müşfiq..." — ŞEYX ƏBDÜLDƏN QALMAQALLI AÇIQLAMA

Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov aktyor Elməddin Cəfərov haqda bir müddət öncə səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Kinorejissor "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində bildirib ki, E.Cəfərovu ərkyana tənqid edib:

"Elməddinin xətrini istəyirəm, o da ağsaqqal kimi mənim hörmətimi saxlayır. Nümunə gətirmək üçün onun adını dedim. Həm də Elməddinə ərkim çatır. Bu adamın potensialı var, antropologiyası da imkan yaradır ki, çox gözəl komediya aktyoru olsun. Amma özbaşına qalanda potensialından istifadə edə bilmir. "Kəklikotu" filmindəki Elməddinə baxın. Orada mən də çəkilmişəm. Filmin rejissoru dedi ki, Elməddin deyir, Şeyx Əbdüllə çəkilsəm, sonra mənə nə deyər? Cəfərə dedim, ona denən ki, mənə zəng vursun. Danışdıq. Dedim ki, Elməddin, mən səninçün göydəndüşmə pedaqoqam. Fuad Poladov, Telman Adıgözəlov, Vaqif Mustafayev mənim kursumu bitiriblər".

Kinorejissor bildirib ki, istənilən şəxs aktyorluq edə bilər:

"Bu gün ortalıqda üzr istəyirəm, meymunluq eləyən uşaqların hamısı - Fərda, Elməddin, Müşfiq "Kəklikotu" filminə çəkiliblər. Çünki o işdə yaxşı rejissor əli var. Deməli, bunlara yaxşı rejissor və pedaqoq əli lazımdır ki, potensiallarını açsınlar".

Qeyd edək ki, Şeyx Əbdül Mahmudbəyov bir müddət öncə aktyor Elməddin Cəfərovu tənqid edərək, Azərbaycan kinosunu ondan xilas etməyin lazım olduğunu demişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 796 19.03.18 19:56