Prezident Kosa və Keçəllə yumurta döyüşdürdü - VIDEO » Median.Az News Agency

Prezident Kosa və Keçəllə yumurta döyüşdürdü - VIDEO
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parka gəlib.

Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının çıxışları maraqla qarşılandı.

Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

Prezidenti və xanımını Kosa və Keçəl bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxdılar.

Dövlətimizin başçısı, xanımı və ümumxalq şənliyinin digər iştirakçıları Novruz bayramı münasibətilə təşkil olunan “Şərq bazarı” ilə tanış oldular.
скачать dle 11.3








776 19.03.18 18:31