"Kupça"ların verilməsinə dair vacib dəyişiklik: Artıq çox gözləməli olmayacaqsınız » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |    

"Kupça"ların verilməsinə dair vacib dəyişiklik: Artıq çox gözləməli olmayacaqsınız

On iş günü ərzində evin vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatı həyata keçiriləcək

"Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanuna dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliklər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 641-VQD nömrəli qanununun tətbiqi ilə əlaqədardır.

Dəyişikliyə görə 9-cu maddənin birinci abzasında "sonra iyirmi gün ərzində" sözləri "on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla)" sözləri ilə, "həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir" sözləri "hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə "Elektron Hökumət" portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir" sözləri ilə əvəz edilib.

9-cu maddənin qüvvədə olan redaksiyasında deyilir ki, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.

Təklif olunan variantda isə göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə "Elektron Hökumət" portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.

Qanun layihəsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2017-ci il 25 aprel tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb.


Sənəd daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarına dair çıxarışın hüquq sahibinin istəyi əsasında ona kağız formada təqdim edilməsini, yaxud elektron imza ilə təsdiqləməklə elektron üsulla əldə etmək imkanının təmin edilməsini nəzərdə tutur.

Dəyişikliklər Milli Məclisin martın 6-da keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 570 19.03.18 12:47