“Deyirdim, mən evdə oturum, həyat yoldaşım qazansın…”-NATAVAN HƏBİBİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |    

“Deyirdim, mən evdə oturum, həyat yoldaşım qazansın…”-NATAVAN HƏBİBİ

“Bilmirəm, nəylə bağlıdır. Amma artıq hər şeyə baxışım dəyişib. Planlarımı maqazin verilişlərinə də açıqlamıram. Edib, sonra deyirəm”.

Median.Az
Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi “Sənətsevər” verilişində deyib.

Sənətçi “W-trio” qrupundan, orada birlikdə çalışdığı əməkdar artist Röya Ayxan və müğənni Elnarə Xəlilovadan danışıb:

“W-trio” ilə müqaviləmiz bitdi deyə, qrup dağıldı. Mənim Vaqif Gərayzadə ilə işbirliyim davam etdi. Amma o biri qızlar solo karyeraya başlamaq istədilər. Mənim Röya və Elnarə ilə münasibətim yoxdur. Təzəlikcə, Elnarə ilə “salam-sağ ol” var aramızda. Amma yaxın deyilik, heç nəyi bölüşmürük. Düşünmüyün ki, Röya ilə düşmənik və ömürlük münasibət olmayacaq. Aygün Kazımovayla da münasibətimiz yox idi. Amma indi hər şey yaxşıdır”.

Natavan sevgi həyatı ilə bağlı sualları cavablandırıb:

“Uşaqlıqdan hər zaman diqqət içində böyümüşəm. İlk dəfə altıncı sinifdə oxuyanda mənə dedilər ki, başqa sinifdə oğlan var, ölür məndən ötrü. Onun sevgisi o qədər güclü oldu ki, valideynləri də bu işə qarışdı. Hətta bizi nişanlamaq istəyirdilər. Amma alınmadı, məni ona vermədilər. Heç vaxt düşünmürdüm ki, ailə qurub, uşaq sahibi olmalıyam. Uşaqlıqdan deyirdim ki, mən ev xanımı olacam, həyat yoldaşım işləyib, bizə baxacaq. Müğənni oldum, alınmadı. Son iki ildə Səid (reper Dado – red.) çıxdı, alınmadı. Mənə qarşı “ürəyiağrıyan” baxışlar istəmirəm. Hamıdan güclüyəm. Onunla ailə qurmağıma peşman deyiləm, oldu keçdi”.

Sənətçi artıq toy məclislərinə də getməyə başladığını söyləyib:

“İndi başlamışam toylara getməyə. Çünki çalışan müğənnilər siyahısına girdim. Bu vaxta qədər işləmirdim”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 378 19.03.18 12:43