Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları martın 17-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və Novruz bayramı ərəfəsində Bakı şəhərinin Bilgəh qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçiriblər.
Median.az-ın DTX-nin saytına istinadən verdiyi məlumata görə, bir hektar yarım ərazidə şəhər şəraitində əkilib-becərilməsi həm dekorativlik, həm də ekoloji baxımdan məqbul hesab edilən şam, tuya, göyrüş və digər müxtəlif növ, ümumilikdə 400-ə qədər ağac əkilib.