Sumqayıtda qəzalı olan yataqxananın söküntüsünə başlanılıb.
Xeberle.com məlumat verir ki, Sumqayıt şəhər 76-cı məhəllə ərazisində yerləşən qəzalı vəziyyətdə olan 6A saylı yataqxanadan sakinlər köçürülüb. Qəzalı olan binada insanların yaşaması mümkün olmadığı üçün sökülməsinə qərar verilib. Yataqxanada yaşayan 200 ailəyə kompensasiya da ödənilib.