Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır

Beynəlxalq tədqiqat qrupu televizor qarşısında gündə 4 saatdan çox vaxt keçirməyin, kişilərdə yoğun bağırsaq xərçəngi riskini 35 faiz artırdığını müəyyən edib.

Median.az “The Daily Mail”ə istinadən xəbər verir ki, Oksford Universiteti, London imperial kolleci və Xərçəngin tədqiq olunması üzrə beynəlxalq agentliyin alimləri belə bir nəticəyə gəlib.

Sözü gedən onkoloji xəstəlik adətən yüksək kalorili dieta ilə əlaqali olur.

Mütəxəssislər 6 il ərzində yarım milyona yaxın insanla əlaqədar toplanmış məlumatları təhlil edib. Araşdırmaya görə, uzun müddət televizoru seyr edən kişilərin yoğun bağırsağında bədxassəli şişin formalaşması riski 3 dəfə artıq olur, qadınlarda isə xərçəng riskini 11 faiz artırır.

Beynəlxalq tədqiqat qrupunun mütəxəssislərinin fikrincə, bağırsaq xərçənginin üzə çıxması kişilərin televizora baxa-baxa qida qəbul etməsidir.

Alimlər eyni zamanda kompüter arxasında uzun müddət vaxt keçirmə ilə onkoloji xəstəliklərin inkişafı riski arasında əlaqənin olduğunu təsdiq edib.

Araşdırmanın müəllifləri balanslaşdırılmış dieta saxlamağı, sağlam həyat tərzi sürməyi tövsiyə edir. Bu yoğun bağırsaq xərçənginə qarşı effektiv profilaktika hesab olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 719 16.03.18 22:32