Iki nəfərin ölümünə səbəb olan qəza törətmiş polis oğlu 6 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |     11:49 Narkotik qəbul edib maşın sürdü, həbs olundu  |     11:48 Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var  |     11:46 Xətai rayonunda gənc oğlanı avtomobil vurub  |     11:42 İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır  |     11:37 Olivye Jiru “Milan”la bağlı qərarını AÇIQLADI  |     11:36 Rusiyada yeni qadağa: Vakansiya elanındakı bir qeyd cinayət məsuliyyətinə səbəb ola bilər  |     11:35 Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ  |     11:34 Braziliyada güclü daşqınlar nəticəsində ölənlərin sayı artıb  |     11:33 Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO  |     11:32 “Qalatasaray”ın böyük sərmayə qoyduğu oyunçu geri qayıdır  |     11:31 Qarabağın elektron xəritəsi hazırlanıb - VİDEO  |     11:30 “Togg” Avropa bazarına çıxır  |    

Iki nəfərin ölümünə səbəb olan qəza törətmiş polis oğlu 6 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Arif Rəhimovun CM-nin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il sentyabrın 7-də Səbail rayonu ərazisində Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan, Bakı şəhər sakini Seymur Məmmədova məxsus “Toyota" markalı avtomaşına vurub, daha sonra idarəetməni itirərək Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə F. Məmiyev (1971-ci il təv.) və sərnişini Kamal Məmmədov (1966-cı il təv.) hadisə yerində ölüblər, onun digər 2 sərnişini, həmçinin A. Rəhimov və onun 1 sərnişini Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, o ambulator müalicəyə buraxılıb.

Məlum olub ki, o Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 738 16.03.18 14:26