BMT: Ermənistan regionun ən bədbəxt ölkəsidir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

BMT: Ermənistan regionun ən bədbəxt ölkəsidir

Dünyanın ən xoşbəxt ölkələri reytinqində Ermənistan 129-cu yeri tutub. Bu ölkə 2017-ci illə müqayisədə öz mövqelərində 8 pillə geriləyib.
Bu barədə məlumat BMT-nin Beynəlxalq Tədqiqat Qrupunun hazırladığı dünya xalqlarının rifah vəziyyəti ilə bağlı "Dünya Xoşbəxtlik Hesabatı — 2018" adlı illik hesabatında qeyd olunub.

Reytinq bəlası və ya mətbuat məcburi köçkün ailəsinin dərdinə necə dərd qatdı
Tədqiqat dünyanın 156 ölkəsi arasında həyat tərzi, sosial dəstək və korrupsiya kimi göstəricilər əsasında aparılıb.

Qonşu Gürcüstan Ermənistandan cəmi bir pillə yuxarıdadır və 128-ci yeri tutur. Regionun digər ölkələrinin yerləşdiyi pillələr isə belə sıralanır: Azərbaycan — 87, İran — 106, Türkiyə — 74, Rusiya 59-cu yerdə qərarlaşıb. Rusiya ötən illə müqayisədə 13 pillə geriləyib.

MDB məkanının ən "xoşbəxt" ölkəsi Özbəkistandır. O, xoşbəxtlərin siyahısında 44-cü yeri tutur. Ən bədbəxt ölkə isə Ukraynadır (138-ci yeri tutur).

Dünyanın ən xoşbəxt ölkəsi Finlandiyadır. O, öz qonşusu Norveçi 2-ci sıraya “itələyib”. "Xoşbəxt ölkələr"in ilk onluğunda daha sonra bu ölkələr yer alır: "Danimarka, İslandiya, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya.

Dünyanın ən bədbəxt ölkəsi kimi isə 2018-ci ildə Afrikanın Burundi Respublikası qəbul olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 803 15.03.18 21:52