Dağıstanlı nazir axtarışa verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Dağıstanlı nazir axtarışa verildi

Dağıstanda davam edən geniş-miqyaslı anti-korrupsiya istintaqı çərçivəsində, respublikanın inşaat, memarlıq və mənzil-kommunal təsərrüfat naziri vəzifəsini müvəqqəti icra edən İbrahim Kazibekov axtarışa verilib.

Median.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dağıstanın başçısı Vladimir Vasilyev açıqlama verib.

Bundan əvvəl regionun hüquq mühafizə orqanları, evində axtarış aparılmış Kazibekovun Dağıstandan qaçdığını bildirmişdi.

“Hal-hazırda bizim inşaat nazirimiz axtarışdadır” deyə Vasilyev jurnalistlərə bildirib.

Hazırda Dağıstanda korrupsiyaya qarşı istintaq çərçivəsində Moskvadan göndərilmiş xüsusi komissiya işləyir. Komissiya ezam olunduğu vaxt ərzində sosial sferada iri məbləğlərdə dövlət vəsaitinin talanı ilə bağlı faktlar aşkarlayıb.

Dağıstanın keçmiş baş naziri Əbdüsəməd Həmidov, onun iki müavini Şamil İsayev və Rayudin Yusifov və təhsil naziri Şahabbas Şahov həbs olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 497 15.03.18 19:30