14 yaşlı qızın üzərinə tüpürən ekspert telekanaldan uzaqlaşdırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

14 yaşlı qızın üzərinə tüpürən ekspert telekanaldan uzaqlaşdırıldı

İngiltərənin "Liverpul" klubunun sabiq müdafiəçisi Ceymi Karaqer ekspert qismində çalışdığı "Sky Sports" telekanalından mövsümün sonunadək uzaqlaşdırılıb.

Median.az oxu.az-a istinadən bildirir ki,telekanal Karaqerin müvəqqəti uzaqlaşdırıldığını, yeni mövsümün əvvəlində onun qayıtmağa hazır olub-olmaması ilə danışacağını bəyan edib.

Danimarkanın TV3 telekanalı isə dünən keçirilmiş "Mançester Yunayted" - "Sevilya" matçının örtüyündən Karaqerin şəklini çıxarıb.

Yeri gəlmişkən, artıq Mançester polisi Karaqeri qəzəbləndirən və onun tüpürməyini lentə çəkən 42 yaşlı Endi Hyuzu danışdırıb. O bu məsələdən sonra ölüm hədələri aldığını və Karaqerin işindən uzaqlaşdırılmasının istəmədiyini bildirib.

Karaqer isə açıqlamasında özünü günahkar sayıb və "Liverpul" azarkeşlərindən ailəni rahat buraxmaqlarını açıqlayıb. O daha sonra qeyd edib:

"Bilirdim ki, içəridə qadın var. Amma bunun azyaşlı bir qız olduğunu bilmirdim. Kimsə bunu mənim qızlarıma qarşı etsəydi, buna necə reaksiya verəcəyimi təsəvvür edə bilmirəm. 25 illik futbolçu karyeramda səhvlərim çox olub, ancaq bu ən pisi idi".

Xatırladaq ki, "Mançester Yunayted" - "Liverpul" (2:1) oyunundan sonra Ceymi Karaqeri görən Endi Hyuz avtomobil sürə-sürə "Uğursuz, Ceymi. 2:1" deyərək qışqırıb. Karaqer isə maşınının pəncərəsini açaraq Hyuzun 14 yaşlı qızı Mianın üzərinə tüpürüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 845 14.03.18 22:13