Rusiya ABŞ-ı vurmaqla hədələdi » Median.Az News Agency

Rusiya ABŞ-ı vurmaqla hədələdi
ABŞ müdafiə naziri Cim Metis, Bəşər Əsəd rejimini vuracaqlarını açıqlamışdı

“Əgər ABŞ, Suriya rejimini bombalasa, bölgədəki rus hərbi komandanlığı buna cavab verəcək”. Median.az CNBC-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib.

“ABŞ paytaxt Dəməşq də daxil olmaqla, Suriya ərazisini bombalayan zaman bizim hərbçilərin həyatına təhlükə yaranarsa, buna cavab veriləcək".

Gerasimov, rus əsgərlərini hədəf alan nə varsa, hamısının yox ediləcəyini söyləyib.

Qeyd edək ki, dünən ABŞ müdafiə naziri Cim Metis (Jimm Mattis), kimyəvi silahdan istifadə etdiyi təsdiqlənsə, Bəşər Əsəd rejimini vuracaqlarını açıqlamışdı.скачать dle 11.3






Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




705 13.03.18 23:40