Salyanda ağır qəza: 2 ölü, 2 yaralı var - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Salyanda ağır qəza: 2 ölü, 2 yaralı var - VİDEO

Salyanda yüksək sürət qəzaya səbəb olub. 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Şirvan şəhərində isə mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb.

Salyanda baş verən avtomobil qəzada 2 nəfər dünyasını dəyişib. Hadisə rayonun Peyk kəndində baş verib.

Median.az xezerxeber.az-a istinadən bildirir ki, 2 avtomobilin toqquşması nəticəsində 50 yaşlı Kəklik Şirəliyeva və onun oğlu, 31 yaşlı Ruslan Şirəliyev hadisə yerində dünyasını dəyişib. Qəza zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə gəlmiş xilsaetmə qurupunun əməkdaşları tərəfindən yaralılar və dünyasını dəyişənlər deformasiyaya uğramış avtomobildən çıxarılıblar. Yaralanan 57 yaşlı Şərifə Kərimova və 35 yaşlı Pərviz Qaraxanov Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Şirvan şəhərində isə mikroavtobusla yük maşını toqquşub. hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib. Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb. Hər iki faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 788 13.03.18 23:07