Bələdiyyədə vəzifəli xanımı qarət edən kişi yaxalandı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bələdiyyədə vəzifəli xanımı qarət edən kişi yaxalandı - VİDEO

Siyəzəndə oğurluq edən şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs bələdiyyə, poliklinika və dövlət sosial müdafiə fondunda işləyənlərin çantasından portmanat oğurlamaqla onlara xeyli ziyan vurub. Bakıda isə böyük ticarət mərkəzində mobil telefon oğurlayan gənclər təhlükəsizlik kamerasına düşüb.

Median.az Xezerxeber.az-a istinadən bildirir ki, bələdiyyə işçisinin külli miqdarda pulunu oğurlayan şəxs tutulub.

Siyəzən rayonunda bələdiyyə işçisi olan bir qadın rayon polis şöbəsinə məlumat verib ki, əl çantasından içərisində 5 min 500 manat və 1900 dollar olan pul kisəsi oğurlanıb.

Əməliyyat- axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi Xaçmaz sakini əvvəllər məhkum olunmuş Hicran Qurbanovu saxlayıb. Məlum olub ki, saxlanılan şəxs bir neçə gün əvvəl rayon Dövlət Sosial Müdafiə Fondunda Rəşad Muradovun iş otağından da 40 manat pul və balansında 360 manat pul olan plastik kartını oğurlayıb.

Araşdırmalar zamanı məlum olub ki, Hicran Qurbanov Sumqayıt şəhərində də eyni üsulla bir nəfərin pulunu oğurlayıb.

Paytaxtın Qaradağ rayonunda böyük ticarət mərkəzində isə mağza sahibinin telefonu oğurlanıb. Röyal Quliyev ərazi üzrə 10-cu polis bölməsinə məlumat verib ki, mağazada müştərilərə başının qarışdığı vaxt dəyəri 500 manat olan mobil telefonu oğurlanıb.

Ərazidəki təhlükəsizlik kameralarına baxış keçirən bölmə əməkdaşları müəyyən ediblər ki, özlərini müştəri kimi göstərən iki gəncədən biri telefonu götürüb mağazadan çıxır. İndi polis görüntülər əsasında həmin şəxsləri axtarır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 736 13.03.18 22:48