Aeroport yolunda maşın yandı — Böyük tıxac yarandı + VİDEO + YENİLƏNİB » Median.Az News Agency

Aeroport yolunda maşın yandı — Böyük tıxac yarandı + VİDEO + YENİLƏNİB
Bakı Nəqliyyat Agentliyindən "Ölkə.Az"a verilən xəbərə görə, Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionu tərəfdən keçən hissəsində (hava limanı istiqamətində) nəqliyyat vasitəsində yanğın baş verib. Bu səbəbdən də metronun "Koroğlu" stansiyasından hava limanına gedən istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

***

Hazırda “Koroğlu” metrosundan hava limanı istiqamətində minik avtomobil yanır.

"Median.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, alov qısa zamanda bütün maşını bürüyüb.
Əraziyə hələ Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlməyib.

Yanğın zamanı ölən və yaralanan olması barədə məlumat yoxdur.



скачать dle 11.3






Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




534 13.03.18 21:36