Bakıda məktəbli qız küçədə qan içərisində fəryad edir - VİDEO +18 » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |    

Bakıda məktəbli qız küçədə qan içərisində fəryad edir - VİDEO +18

Bakıda dərsə gedən məktəbli qızı xanım sürücü vurub. Criminal.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, dəhşətli hadisə bu gün saat 13 radələrində Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsində baş verib.

Məktəbli qız oxuduğu 72 saylı məktəbə gedərkən avtomobil zərbəsinə tuş gəlib. İlkin məlumata görə, xanım sürücünün idarə etdiyi ''Hyundai'' markalı 99 MZ 302 dövlət nömrəli avtomobil dar məhəllə küçəsində yüksək sürətlə şagirdi vuraraq hasara çırpıb. Məktəbli ağır xəsarət alıb. Onun sağ ayağının böyük hissəsi bud nahiyəsindən kəsilib.

Təcili yardım gec gəldiyindən, yaralının qan itirməsinin qarşısını almaq üçün yardım ediblər. Daha sonra təcili yardım maşını gəlib və yaralını xəstəxanaya aparıb.

Təcili yardım maşınının sürücüsü gec gəlməsinə səbəb məhəllələrdə şəxsi villalar tərəfindən yolların kəsilməsi, şlaqbaumla bağlanmasını göstərib.
3 saylı Şəhər Xəstəxanasından Criminal.az saytına bildirildi ki, yaralı şagird 13 yaşlı Ləman Fəxrəddin qızı Mirzəyevadır. Yaralının vəziyyətinin ağır olmadığı deyildi.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            45 750 13.03.18 16:14