Mirşahinin yeni komandasında kimlər var? (SİYAHI) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Mirşahinin yeni komandasında kimlər var? (SİYAHI)

Azərbaycan efir məkanında yeni televiziya - “Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq. Bu barədə “Report”a Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib. “Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq.

Xatırladaq ki, MTRŞ-nin martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mirşahin Ağayevdir.

“Real” TV-nin kollektivi əsasən keçmiş ANS telekanalının əməkdaşlarından ibarətdir. Onu da qeyd edək ki, bu layihədə Vahid Mustafayev və Mais Məmmədov yer almayıb.

Məlumat üçün bildirək ki, Real TV sırf xəbər kanalı olacaq və sutka ərzində saatbaşı xəbərlərlə efirə çıxacaq. Burada şou tipli verilişlərin yayımı hələ ki nəzərdə tutulmayıb. Günün aktual xəbərləri ilə yanaşı, baş verən önəmli hadisələrə peşəkar yanaşmalar, müsahibələr də olacaq.
Komandada fəaliyyəti dayandırılmış ANS televiziyasının keçmiş əməkdaşlarından Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Eldəniz Vəliyev, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Ayşəm Rüstəmova, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailoğlu və digərlərinin təmsil olunduğu bildirilir.

Kanalın xəbər prinsipləri arasında dəqiqlik, obyektivlik, operativlik, qərəzsizlik başlıca yer tutur.

Komanda üzvlərindən aldığımız məlumata görə, “Real” TV sırf yeni maddi texniki baza üzərində qurulub, ANS TV-nin texniki avadanlıqlarından istifadə olunmayıb. Ümumiyyətlə, yeni kanalın öncəkinə heç bir aidiyyəti yoxdur.

TV-nin artıq reklam bazası da formalaşıb və efirə başladığı gündən reklamlar hesabına maliyyələşəcək.

Qeyd edək ki, televiziyanın ofisi Əhməd Rəcəbli küçəsində, 5 mərtəbəli binada yerləşir. Artıq texniki avadanlıqlar gətirilib və ofisdə son hazırlıq işləri görülməkdədir. Televiziyanın bu həftə içində fəaliyyətə başlaması nəzərdə tutulsa da, dəqiq tarix hələ ki bəlli deyil.

“Real” TV-nin internet saytı da olacaq, artıq tvreal.az saytının fəaliyyətə başlaması da planlaşdırılır.

Yeni Müsavat
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 731 13.03.18 15:38